Paytaxtda avtomobil yanıb

  • By admin
  • 22 Noyabr 2017 09:05

Bakı və Abşeronda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda “Jeep” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğından ərazidəki elektrik dirəkləri mühafizə olunub.

Abşeron rayonunda “UAZ” markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info