Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

  • By admin
  • 11 Dekabr 2017 15:12

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər. Yeni metod “Black Hat Europe 2017”-də təqdim edilib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, antivirus proqramları kompüterin hücuma məruz qalmasını aşkar edə bilmir. Kod diskdə deyil, daima əməli yaddaşda yadda saxlanılır.

Virusun köməyi ilə brauzerin pəncərələrini dəyişdirmək və istifadəçilərin parollarını oğurlamaq olar.

Müəlliflər iddia edir ki, virus “Windows 7 SP1”, “Windows 8” və “Windows 10” əməliyyat sistemlərində işləyə bilər.

Gununsesi.info