Xaçmazda yanğın, YARALANANLAR VAR

  • By admin
  • 25 Mart 2017 13:58

yangin

Xaçmaz rayonunda yaşayış evində yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbisində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info