Əliyevlə Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış etdi

  • Müəllif: admin
  • 02 Oktyabr 2016 17:51

frank-ilham

Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi oldu.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verdi.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndi.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçdi.

Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdirdilər.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış etdilər.

Gununsesi.info