Əməkdar artist verilişdə heç bir bölgəni təhqir etməyib - RƏSMİ AÇIQLAMA

  • Müəllif: admin
  • 02 Fevral 2018 13:56

Bir neçə gün əvvəl “Dünya Tv” kanalının efrində baş verən qalmaqala aydınlıq gətirildi.

Gununsesi.info-nun məlumatına görə verlişdə qonaq qismində iştirak edən Cahangir Ağsulu bildirib ki, “DTV” kanalında Natiq Dağaroğlunun təqdimatında yayımlanan “Gecənin səsi” verlişində bir tamaşaçı kimi iştirak edib.

Baş verən hadisədən sonra mən ,sosial şəbəkədə yazmışdım ki, əməkdar artist Ehtiram Hüseynov və Natiq Dağlaroğlu arasında mübahisə baş verib. Bu mübahisənin səbəbi müğənni Nicat Həsənlinin verlişə qonaq kimi gəlməsinin, verlişin formatına uyğun olmamasından, verlişin aparcısı Natiq Dağlaroğlunun etiraz etməsi olmuşdu. Bu anlaşılmazlığın Şirvan və Qarabağ bölgələrinə heç bir adiyyatı olmayıb”.

Əməkdar artist Ehtiram Hüseynov da verlişdə baş verənlərin həqiqətən də anlaşılmazlıq olduğunu bildirərək qeyd edib ki, həmin verlişə mən sadəcə olaraq müğənni Nicat Həsənlinin mərhum sənətkarımız Məhəbbət Kazımovun ruhuna daha yaxın olduğu üçün dəvət etmişəm və qeyd etmişəm ki, N.Həsənli oxumasa mən də verlişi tərk edəcəm.

Baş verən qalmaqallı hadisə haqqında danışan verlişin aparıcısı Natiq Dağlaroğlu bildirib ki, həmən gün qonaq qisimində verlişə dəvət olunanlar artıq studiyada idi və verlişin formatına uyğun olaraq əlavə müğənninin oxumasına vaxt yox idi. Gələn verlişlərimizdə mütləq N.Həsnlini efirə dəvət edəcəm:

“Bir daha qeyd edirəm ki, verlişdə heç bir bölgənin adı çəkilməyib. Mənim verlişimdə qonaq qismində iştirak edən Ehtiram Hüseynov da, müğənni İsa Musaoğlu da dostumdur və özümə qeyd etməyi borc bilirəm ki, Ehtiram Hüseynovla, İsa Musaoğlu Asəf Zeynallı Adına Musiqi Kollecində bir yerdə təhsil alıblar və sıx münasibətləri var”.

Gununsesi.info