Əməkdar artist: “Yaşamaq istəyirəm, ona görə Bakıdan…

  • By admin
  • 08 İyul 2016 14:30

cavan'

 

 

“Bakıdan başqa bütün şəhərlər təhlükəlidir”.

Gununsesi.info bildirir ki, bunu aznews.az-ın əməkdaşı ilə söhbətində əməkdar artist, tanınmış cazmen Cavan Zeynallı deyib. O, terror təhlükəsi səbəbindən heç bir ölkəyə səyahət etməyəcəyini deyib: “Hazırda Bakıdayam və öz evimdə istirahət edirəm. Çünki yaşayıb bu həyatdan doymaq istəyirəm. Ən sakit yer Bakıdır. Bu yay heç bir ölkəyə getməyəcəyəm. İnsanlar dəyişib, hamı bir-birini öldürür. Son vaxtlar yaxın ölkələrdə terror hadisələri çoxalıb. Ona görə də Bakıdan çıxmaq lazım deyil. Bütün həmkarlarıma deyirəm, yaşamaq istəyirsinizsə, heç bir ölkəyə getməyin”.