​8 saniyə otağını tərk elədiyi üçün 4800 dollar CƏRİMƏLƏNDİ

  • By admin
  • 22 Fevral 2021 09:10

Tayvanda bir nəfər, qaldığı otelin koridoruna çıxdığı üçün cəzalandırılıb.

Gununsesi.info xarici mediaya əsasən xəbər verir ki, həmin şəxs 8 saniyəlik qapını açıb, koridora çıxdığı üçün 4800 dollar cərimələnib. Qaldığı oteldə karantin də saxlanan Filippin əsilli miqrant, otel işçiləri tərəfindən saxlanılıb. Onlar dərhal faktla bağlı Səhiyyə Nazirliyinə məlumat veriblər. Aidiyyatı qurumlar qaydanı pozan şəxsə hər saniyyəsi üçün 100 dollar cərimə kəsiblər. Digər məbləğ isə ümumi qaydanı pozduöu üçün hesablanıb. Ölkənin pandemiya qanunlarına əsasən, karantin altında saxlanılanlar otağından bir saniyə belə nəzarətsiz ayrıla bilməz. Dünyada ən yüksək pandemiya nəzarəti məhz Tayvandadır. Pandemiya dövrü başlayandan bu yana 23 milyonluq ölkədə, sadəcə 216 nəfərdə COVİD-19 yoluxması olub. 7 nəfər isə virusdan ölüb.

Gununsesi.info