“104 nömrəli otaq” serialı ikinci mövsümdə də davam edəcək…

  • By admin
  • 26 Avqust 2017 21:00

104 nomra

HBO” Amerika telekanalı iyul ayından efirdə olan “104 nömrəli otaq” serialını ikinci mövsümdə də davam etdirməyə qərar verib. Serial-antalogiyanın rejissoru Mark və Cey Dyuplass qardaşlarıdır.

Gununsesi.info-nun məlumatına görə, “Hollywood Reporter” nəşri xəbər verir ki, aşağıbüdcəli layihə tənqidçilərin müsbət rəyini qazanıb və tamaşaçılar tərəfindən bəyənilib. Tənqidçilər, həmçinin rejissorların özünəməxsus yumor hissini və tamaşaçıda maraq oyatma bacarığını qeyd edirlər.

Serialda hadisələr Amerikada motellərin birində cərəyan edir. 104 nömrəli otaqda gecəni keçirən hər bir kəsin başına gülməli, ağlasığmaz və hətta qorxulu hadisələr gəlir.

“104 nömrəli otaq”da Meloni Dias, Keyr Gilkrist, Filip Beyker Holl, Orlando Cons, Mey Yutman və başqaları çəkiliblər. Şounun premyerası “HBO” telekanalında iyulun 28-i olub.

Mark və Cey Dyuplass qardaşları “Lazar effekti”, “Evdə yaşayan Ceff”, “Temmi” filmlərinin, həmçinin “Heyvanlar”, “Birlik”, “Mindi layihəsi” və s. serialların müəllifləridir.

Qardaşlar sonuncu dəfə hansı layihədə belə maraqla işlədiklərini yada sala bilmədiklərini etiraf ediblər. Onlar səbirsizliklə filmin çəkilişlərinin davamını gözləyirlər.

Gununsesi.info