15 il fövqəladə halların xidmətində - BAXIŞ (VİDEO)

  • By admin
  • 18 Dekabr 2020 10:26

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 15 il ötür.

Gununsesi.info olaraq, adıçəkilən nazirliyin fəaliyyətinə nəzər salmağa çalışdıq.

Qeyd edək ki, FHN yaradılan dövrdə ölkədə ayrı-ayrı qurumların tabeçiliyində fəaliyyət göstərən bir sıra strukturlar  məhz bu nazirliyə birləşdirilməsiylə özünün inkişaf dövrünü başladı.

Elə götürək, bir zamanlar DİN-nin tabeçiliyində olan Yanğndan Mühafizə Xidmətini.

Sovet dövrünsən qalmış köhnə texnika ilə çalışan,  sosial həyatlarından məmnun olmayan yanğınsöndürənlərin həyatında  qısa zamanda hər şey dəyişdi.

Yüksək maaş, müasir texnika, yeni yanğından mühafizə məntəqələri işçilərin istifadəsinə verildi.

Təsadüfü deyil ki, bir zaman “pojarnı”da işləyirəm deməkdən çəkinən insanlar bu gün böyük qürur hissi ilə ‘FHN -də çalışıram” deyə bilir.

FHN-nin bir neçə regional idarələri də yaradıldı ki, bu qurumlara işə qəbul prosesində şəffaflıq əsas prinsip oldu.

Nazirlik üçün ötən illərdə ən böyük sınaq Kür çayı bölgəsindəki daşqınlar zamanı oldu.

Gərgin əmək nəticəsində Kürqırağı kəndlər xilas oldu.

Bu gün Azərbaycanda heç kəs iddia edə bilməz ki, FHN strukturlarına rüşvət verərək işə təyin olunub.

Nazir Kəmaləddin Heydərov ilk gündən rəhbəri olduğu mühüm bu dövlət qurumunun fəaliyyətində şəffaflığa önəm verib.

Onun bir insan olaraq, işçiləri arasında şəxsi nüfuzu da digər nazirlırimizə örnək sayıla bilər.

Çünki, diqqəti, qayğısı ilə özünü sevdirə bilib.

Həyatının uzun illərini Əliyevlər hakimiyyətinə xidmətdə keçirən Kəmaləddin Heydərov ötən illər ərzində dövlətinə, onun rəhbərin sədaqətini də nümunəvi şəkildə ortaya qoyub.

Müxtəlif dövrlərdə Azərbaycana qarşı planlaşdırılan məkrli planlar işə salınarkən belə bütün çabaları ilə hakimiyyətin qorunmasında xüsusi rolu seçilib.

O, ölkənin siyasi həyatında da “fövqəlşəxs” statusunda olub desək yanılmarıq.

Məhz Kəmaləddin Heydərovun şəxsi nüfuzu və  səyi nəticəsində cəmiyyətdə söz sahibi olan bir sıra ictimai xadimlər proseslərin ən gərgin dönəmlərində dövlətçiliyin yanında olub.

Ölkəmizin son aylar keçdiyi iki ağır sınaqda da – İkinci Qarabağ savaşı və Koronavirus Pandemiyası ilə mübarizə də adıçəkilən nazirliyin fəaliyyəti özünün nümunəviliyi ilə seçildi.

Məhz Kəmaləddin Heydərovun səyi nəticəsində FHN bu müharibədə üzərinə düşən və düşməyən hər şeyi etdi.

Bu gün də koronavirusla mübarizədə FHN Tibb Mərkəzinin fəaliyyəti seçilir.

Bir sıra dövlət xəstəxanalarından fərqli olaraq orada xəstələr həkimlərlə dərman davasına çıxmır.

Kəmaləddin Heydərovun övladları da Azərbaycanda nazir övladları arasında vətənə, dövlətə sədaqətləri ilə seçilənlərdəndir.

Bu gün “dövlətdəyik deyə dövlətli olmalıyıq” prinsipi ilə çalışanların övladları Vətən savaşında görünməz oldular.

Amma Kəmaləddin Heydərovun iki övladı könüllü olaraq müharibəyə yazılmaqla sübut etdilər ki, onlar bu Vətəni həqiqətən sevirlər və uğunda şəhid belə olmağa hazırdırlar.

 

 

Gununsesi.info