18 yaşlı idmançı özünü asıb

  • By admin
  • 13 İyul 2017 09:36

0c8089bf30a8670be232b3716ab28a34

Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyev intihar edib.

Gununsesi.info-nun xəbərinə görə, 18 yaşlı idmançı özünü asıb.

Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Gülnaz Qənbərli

Gununsesi.info