2 banan 7 problemi həll edir - Müalicəvi xüsusiyyətləri

  • By admin
  • 17 Dekabr 2016 13:03

banan

Müasir dövrdə sintetik qidaların qəbulu  artdıqca  onların yaratdığı xəstəliklərin də sayı artır.   Belə xəstəliklərin qarşısını isə xalq təbabəti vasitəsiylə qlmaq mümkündür.

Gununsesi.info  təbii qida vasitələrindən və meyvələrdən istifadə etməklə səhhətinizdə baş verən problemlərin aradan qaldırılmasında sizə yardımçı olacaq.

 Bu cür vasitələrdən biri də  banandır.  Banan bir çox xəstəliklərə müalicəvi təsir göstərir. Belə ki, onun sayəsində  səhhətinizdə yaranmış 7 problemi həll etmiş olacaqsınız. Bu məqsədlə həftə ərzində kiçik eksperimentlər edin. Gündə iki banan yeyin. Məsələn, səhər və nahar yeməyi arasında qəlyanaltını bananla əvəzləmək  olar.

Depressiya

Banan depressiya, ruh düşkünlüyü, eləcə də payız yorğunluğu ilə mübarizədə həqiqətən kömək edir. Aydın məsələdir ki, soyuq aylarda hava çox tez qaralır, bu da insan əhvalına mənfi təsir edir. Bananın tərkibindəki triptofan stress hormonlarını azaldır, serotonin (xoşbəxtlik) hormon istehsalını stimullaşdırıb əhvalı düzəldir.

Qan təzyiqi

Banan kalium tərkibi sayəsində təzyiq problemləri ilə çox gözəl mübarizə aparır, insult və infarkt riskini aşağı salır. Sadəcə,  banan ürək problemi olanlar üçün əvəzsiz sitrus meyvəsidir.

 Qan azlığı

Banan da alma kimi dəmirlə çox zəngindir. Əgər siz qanazlığından əziyyət çəkirsinizsə, onda hər gün banan yeyin. Onlar eritrositlərin və hemoqlobinin hazırlanmasına kömək edir, orqanizmdə qan yaradır.

 Pis əhval-ruhiyyə
Əhval-ruhiyyəniz pisdirsə, sizi heç nə sevindirmirsə, banan yeyin. Banan qanda şəkərin miqdarı normaya  salacaq. Tərkibindəki A vitamini isə əsəblərinizi sakitləşdirəcək. Nəticədə gərginlik çox tez keçəcək və siz sakitləşəcəksiniz. Yeri gəlmişkən, bu fakt sizi güldürsə də, bananı bəzən klon adlandırırlar. Deməli, bu andan etibarən hər gün banan yeyirik!

 Mədə xorası

Bu xəstəlikdən əziyyət çəkənlər ərzaq problemləri ilə çoxdan tanışdır. Çox yemək qəti qadağandır. Lakin, banan xoş istisnadır. Onlar mədə divarlarını xüsusi maddə ilə örtür və turşusunun zərərli təsirini aradan qaldırır.
Mədə qıcqırması

Mədə qıcqırmasının ən yaxşı və təbii dərmanı banandır. Onu yeyən kimi dərhal xoş yüngüllük hiss edəcəksiniz. Daha bir heyrətamiz fakt: Nə qədər qəribə səslənsə də, radiasiya səviyyəsinin bananlarla ölçüləcəyi deyilir.
 Enerji
Banan tez həll olunan karbohidratlardan ibarətdir.  İdmançılar məşq öncəsi banan yeməklə  bədəni enerji ilə təmin edəcəksiniz. Məşqdən sonra da eyni miqdarda banan yemək sizə gümrahlıq bəxş edəcək və qüvvənizi bərpa etməyə  kömək edəcək.

Gülnaz Qənbərli

Gununsesi.info