2026-cı ilin büdcəsi bu illə müqayisədə cəmi 67 milyon artacaq - GƏLƏN İL MAAŞ ARTIMINA ÜMİD ETMƏYƏK

  • Müəllif: admin
  • 17 Sentyabr 2025 16:39

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi gələn ilin büdcəsi ilə bağlı proqnozları açıqlayıb.

 

Gununsesi.info-nun nazirliyin proqnozuna istinadən verdiyi məlumata görə,  hökumətin 2026-cı ildən yaxşı gözləntiləri yoxdur:

“Ən yaxşı halda hər şey yerində sayacaq, əgər neftin qiyməti indiki kimi olarsa.

Gələn ilin büdcəsi bu illə müqayisədə cəmi 67 milyon manat artacaq. Əslində bu artım deyil. Müqayisə üçün 2024-cü illə müqayisədə 2025-ci ilin dövlət büdcəsi 4.3 milyard manat və ya 5.4 faiz artıb. Gələn il isə ən yaxşı halda 0.2 faiz…”

Sənəddə büdcənin əsas gəlir mənbəyi – neftin baza qiyməti 65 dollardan götürülüb:

“Amma beynəlxalq maliyyə qurumlarının proqnozu 50-60 dollar aralığında dəyişəcəyidir. Əgər belə olarsa, hökumət valyuta ehtiyatlarından istifadə edib xərcləri ödəmək məcburiyyətində qalacaq. Çünki, 65 dollardan hesablandığı halda 3 milyard manatdan artıq kəsir var, neft proqnozdan 10-15 dollar ucuzlaşsa, kəsir xeyli böyüyəcək”.

Gələn il maaş-pensiya artımına da ümid eləməyə dəyməz. Yəqin ki, ilin əvvəlində 8-10 faizlik indeksasiya ilə kifayətlənəcəyik.

 

 

Afət Abbasova

Gununsesi.info