22 yaşlı oğlan bıçaqlanıb - VƏZİYYƏTİ AĞIRDIR

  • Müəllif: admin
  • 06 Dekabr 2017 20:15

Göygöldə bıçaqlanma olub.

Gununsesi.info xəbər verir ki, rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının  kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info