Baş nazirin kortejinə bombalı hücum -YARALILAR VAR

  • By admin
  • 13 Mart 2018 13:42

Fələstin baş naziri Rami Hamdallahın kortejinə Qəzzada bombalı hücum olub. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, partlayış kortej şəhərə daxil olduqdan sonra eşidilib. Fələstin hökuməti də əsas hədəfin baş nazirin korteji olduğunu təsdiqləyib və baş verənlərə görə Qəzzanı nəzarəti altında saxlayan “Həmas”ı ittiham edib.

Partlayışdan sonra silah səsləri eşidilib, insident zamanı 7 nəfər yaralanıb.  Baş nazirin səhhətinin isə yaxşı olduğu açıqlanıb.

Gununsesi.info