ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya 3 günlük səfəri çərçivəsində baş nazir Tereza Meylə xüsusi görüş keçirməyəcək.
Gununsesi.org “The İndependent”ə istinadən xəbər verir ki, Britaniya tərəfi hələlik Ağ Evin Meylə görüşdən imtina etməsi xəbərini təsdiqləməyib.
Məlumat Trampın Meyin yerinə keçəcək ən yaxşı namizəd adlandırdığı Boris Consonla görüşəcəyi xəbərindən sonra yayılıb.