41 yaşlı kişi Bakıda itkin düşdü

  • By admin
  • 05 Sentyabr 2019 10:25

41 yaşlı kişi itkin düşüb. 

Gununsesi.org-un məlumatına görə, 1978-ci il təvəllüdlü Abşeron sakini Cəfərov Zaur Məhəmməd oğlu itkin düşüb. 

Onun sonuncu dəfə Nəsimi rayonu, S.Zeynalov küçəsi 44 ünvanında yerləşən “Təndir və quru meyvələr” satışı mağazasından çıxaraq, naməlum istiqamətə getdiyi və geri qayıtmadığı bildirilib

Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı Cəfərov Səfi Məhəmməd oğlu məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.