Özlərindən xəbərsiz adları “işdə” gedən gəncəlilərin kimliyi bəlli oldu

  • Müəllif: admin
  • 07 May 2020 14:38

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yaşayan və dövlət yardımını almaq üçün 190 manatdan məhrum olan bir neçə vətəndaş korrupsiya və pul mənimsəmə halı ilə üzləşib.

Gununsesi.org-a həmin vətəndaşlar tərəfindən göndərilən məlumata görə, Bağırov Namiq Natiq oğlu, Həsənov Məhəmməd Maarif oğlu və Həsənov Araz Vaqif oğluna 190 manat yardımı ala bilməmələrinə səbəb kimi,  bildirilib ki,  onlar xeyli zamandır Gəncə Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) “çalışırlar”.

Gəncə sakinləri bizə bildiriblər ki, onlar bundan xəbərsizdirlər. Maaş kartları isə həmin idarənin rəisi İlham Quliyevdədir.

Qeyd edək ki, məsələdən xəbərdar olan şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramovun qəbulunu axışmışdılar.

Gununsesi.org