57 yaşlı Astara sakini özünü güllələdi

  • By admin
  • 24 Oktyabr 2016 09:19

silah

Astarada bədbəxt hadisə baş verib. Odlu silahala ehtiyatsız davranma rayon sakinin ölümünə səbəb olub.

Gununsesi.info xəbər verir ki, ölümlə nəticələnən bədbəxt hadisə  rayonun Kakalos kəndində baş verib. Belə ki, ov etməyə gedən 57 yaşlı Sadir Həbib oğlu Rəhimov geri qayıtmayıb. Yaxınlarının apardığı axtarışar nəticəsində onun meyiti yaşadığı evdən aralıda yerləşən açıq sahədə tapılıb. Hadisə barədə Astara rayon Polis Şöbəsinə məlumat verilib. Rayon hüququ-mühafizə orqanları hadisə yerinə baxış keçirərək oranı müayinə edib. Hadisənin baş verdiyi ərazidən istintaq üçün zərüri olan ov tüfəngi və digər sübutlar götürülüb. Daha sonra meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı hissəsində odlu silah yarası aşkarlanıb. İlkin versiyaya kimi, Sadir Rəhimovun ölümünə səbəb,odlu silahla ehtiyatsız davranması göstərilir. Ölümün dəqiq səbəbləri araşdırmalardan sonra məlum olcaq.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info