60 yaşlı piyadanı maşın vurub - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 13 Fevral 2018 08:50

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonunda, Şəhər şosesində qeydə alınıb.

99-MG-438 dövlət qeydiyyat nişanlı avtomobil 1958-ci il Nadirov Arifi vurub. Nəticədə o, xəsarət alıb.

A.Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Gununsesi.info