“Security Operation Services” MMC “Gənclər günü”nə həsr olunan toplantı keçirdi / FOTO REPORTAJ

  • By admin
  • 02 Fevral 2023 17:24

1997-ci ildən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan “Gənclər günü” Azərbaycanda 26 ildir ki, ənənə halına gəlib.

“Security Operations Services” (SOS) MMC şirkəti də, bu ənənəyə qoşularaq 2023-cü ilin 2 fevralında “Gənclər günü”nü qeyd edib.

 

Gununsesi.info xəbər verir ki, tədbir “SOS” MMC-nin təşkilatçılığı ilə Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilib.
Toplantı iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan şirkətin direktoru Anar Məmmədov, qonaqları və tədbir iştirakçıların salamlayıb və “Gənclər günü”ylə bağlı kollektivin gənc əməkdaşlarını təbrik edib.
A. Məmmədov qeyd edib ki, şirkətin əməkdaşlarının böyük əksəriyyətini gənclər təşkil etdiyindən, müəssisəmizdə “Gənclər təşkilatı” yaradılmasına zərurət yaranmışdır.

A. Məmmədov bildirib ki, əsas məqsədimiz ölkədə fəaliyyət göstərən özəl mühafizə xidmətləri arasında birincilər sırasında olmaqdır.

Bir daha “Gənclər günü” münasibətilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”,- deyə A.Məmmədov çıxışını yekunlaşdırıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı rayon Gənclər evinin direktoru Natavan Rüstəmova tədbirdə çıxış edərək bildirib ki, 2 fevral tarixi Azərbaycan gəncləri üçün özəl bir gündür: “Mən qürur duyuram ki, bu gün bizim belə vətənpərvər gənclərimiz var. Bu gənclərlə cəmiyyətimiz arasında güclü bir bağ, birlik yaranıb. Biz özəlliklə 44 günlük Vətən müharibəsində bu birliyin şahidi olduq. Bu birliyə gənclərimiz sayəsində nail olduq. Ona görə də mən bütün gənclərimizlə qürur duyuram!”.

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov da tədbirdə çıxış edib: “Çox sevindirici bir haldır ki, bu gün “SOS” MMC-də çalışanların əksəriyyəti müharibə veteranları və bizim gənclərimzdir. Onlar vaxtilə orduda uğurlu xidmət göstəriblər və bu gün də dövlətimizin strateji obyektlərinin mühafizəsində yaxından iştirak edirlər.
Ölkəmiz qısa bir zaman ərzində dünyanın aparıcı ölkələriylə sosial, siyasi, iqtisadi əlaqələr qurmağı bacardı. Təbii ki, bu, gənclərimizin aktiv fəaliyyəti nəticəsində baş verdi. Bizim gənclərimiz həm də dövlətimizin “rezerv”ləridirlər. Bir daha bu özəl gündə bütün gənclərimizi səmimi qəlbdən təbrik edir, onlara uğurlar arzulayıram!”.

Respublika Veteranlar Təşkilatının əməkdaşı, Dövlət Qulluğunun baş müşaviri Rasim Mirzəyev çıxış edərək bildirib ki, ölkəmzidə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Daha sonra bu uğurlu siyasəti ölkə başçısı Prezident İlham Əliyev davam etdirib. Bu siyasətin təməli – gənclərin istiqamətləndirilməsi, onlara dəstək verilməsi, güc və potensallarından dövlətmiz, millətimiz üçün istifadə etmək olub. Hesab edirəm ki, gənclərimiz daim bir-birinə dayaq durmalı, dəstək verməlidirlər”.
“SOS” MMC-nin 20 saylı komandasının rəis müavini Elvin Mikayılov da tədbirdə çıxış edərək bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir: “Sosial həyatın bütün sferalarını nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Bu, ölkə başçısı cənab İlham Əliyevin gənc kadrların irəli çəkilməsiylə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağ çalışır. Bu yüksək münasibətin qarşılığında Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışırlar”.

“SOS” MMC-nin İctimaiətlə Əlaqələr üzrə direktor müşaviri Almaz Əhmədova da tədbirdə çıxış edib: “Azərbaycan gəncləri üçün ən həlledici sınaq 27 sentyabr tarxində başlayan və “Zəfər Günü”ylə yekunlaşan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızn ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz bu şanlı zəfər sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu gün gənclərimiz sosial həyatın bütün sferalarında təmsil olunurlar. Gənclərimiz ölkə həyatında yüksək fəallıq nümayiş etdirərək, dövlətə, vətənə bağlılıqlarını daim bizə göstərirlər”.

A. Əhmədova qeyd edib ki, “SOS” MMC iki ildən bir qədər artıq müddətdir, fəaliyyət göstərsə də, bir çox uğurlara imza atıb: “Bu dövrdə İkinci Qarabağ müahribəsində iştirak edən 217 nəfər vətəndaşımız işlə təmin olunub. Həmçinin Birinci Qarabağ savaşında iştirak edən 83 nəfər əməkdaşımız var. Onu da qeyd edim ki, 217 nəfər müharibə iştirakçısının 17 nəfəri şəhid ailələrinin üzvləridir.
Biz hər zaman öz fəaliyyətimizlə Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətini dəstəkləyəcəyik”.

Sonda təşkilati məsələlər davam etdirilmiş “SOS” MMC – nə gənclər təşkilatının sədr və muavinləri, şura üzvləri seçilmişdir.

Şirkət rəhbərliyi və qonaqlar Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri
Fatma Səttarova ilə səmimi söhbət əsnasında gələcəkdə müharibə veteranlarının işlə təmin olunması və qarşılıqlı əkdaşlıqla bağlı müzakirələr aparmışlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arzu 

Gununsesi.info