
Birləşmiş Millətlər Uşaqlara Kömək Fondu (UNICEF) Nigeriyada “Boko Haram” terroru təşkilatı səbəbindən gələcək bir il içində 75 mindən çox uşağın aclıqdan ölə biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı təşkilat dövlətlərə təcili yardım çağırışı edib.
Bir müddət əvvələ “Boko Haram” terror təşkilatı Nigeriyanın şimalında, Borno, Yobe və Adamawa əyalətlərində çox sayda şəhər və qəsəbənin idarəsini ələ keçirmiş və bu yerləri “xilafət dövlətinin” bir parçası olduğunu elan edib. Bu üzdən də insanlar oranı tərk edərək Çad Gölü bölgəsində məskunlaşıblar.
UNICEF sözçüsü Patrick Rose ölüm təhlükəsiylə qarşı-qarşıya qalan uşaqların məhz 75 mini bu bölgələrdən olduğunu ifadə edib.
UNICEF bu bölgədə beş yaşın üzərində təxminən 400 min uşağın normal qidalanmadığını, təxminən 4 milyon insanın isə qidaya ehtiyac duyduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının ölkəyə yardımlarını çatdırması üçün 739 milyon dollara ehtiyac olduğunu, ancaq indiyə qədər 197 milyon dollar vəsaitin toplandığını bəyan edib.
Xatırladaq ki, Nigeriyanın şimalında İslam dövləti qurmaq istəyən “Boko Haram” terror təşkilatı 2009-cu ildən bu günə kimi 20 mindən çox insan qətlə yetirib. 2 milyon 600 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Anar
Gununsesi.info












