88 yaşlı kişi fındıq yığmağa getdi, itkin düşdü

  • By admin
  • 05 Sentyabr 2019 14:14

Qaxda 88 yaşlı kişi itkin düşüb. 

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Ləkit kənd sakini Aslan Ağamalıyevdən xəbər yoxdur.

 Ailə üzvləri bildirir ki, o, sentyabrın 1-i səhər saatlarında fındıq yığmaq üçün bağa gedib. Həmin gündən A.Ağamalıyev geri qayıtmayıb.

Yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org