Kəlbəcərə növbəti köç getdi

  • Müəllif: Şəbnəm
  • 20 Sentyabr 2025 12:05

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Gununsesi.info xəbər verir ki, “Report”un məlumatına görə, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.