NASA Aya VIPER roverini göndərmək üçün Blue Origin-i seçdi

  • Müəllif: Şəbnəm
  • 23 Sentyabr 2025 10:27

ABŞ Kosmik Agentliyi NASA, Aya uçucu maddələrin araşdırılması üçün nəzərdə tutulan VIPER roverini çatdırmaq məqsədilə Blue Origin şirkətini seçib.

Bu Gununsesi.info barədə xarici mediaya istinadən xəbər verir.

Commercial Lunar Payload Services (CLPS) proqramı çərçivəsində bağlanan müqavilənin dəyəri 190 milyon dollar təşkil edir. VIPER-in 2027-ci ilin sonunda Blue Origin-in Blue Moon MK1 modulu vasitəsilə Aya göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında NASA missiyanı artan xərclər səbəbindən ləğv etdiyini açıqlamışdı.

 

Firuzə

Gununsesi.info