Ötən gün Türkiyənin məşhur müğənnisi Fərhad Köçər Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.
Konsert böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub.
Türkiyəli sənətçi səfər çərçivəsində Gununsesi.info-nun suallarını da cavablandırıb:
-Fərhad bəy , artıq Bakıya növbəti səfərinizdir. Bu dəfə dinləyiciləriniz üçün hansı yeniliyiniz var?
– Çox təşəkkür edirəm. Bu gün mənim üçün də qiymətli gündür. Çünki, eyni zamanda Azərbaycanda 18 oktyabr Müstəqilliyin bərpasının 34-cü il dönümüdür. Çox gözəl bir günə konsertimiz təsadüf oldu. Özəl bir repertuar hazırladım bu axşam üçün. Mən də həyacanla gözləyirəm. Əslində istəyirəm ki, siz də mənim çıxışımı izləyəsiniz.
-Bakıya üçüncü dəfədi gəlirsiz. Qarabağda, Şuşada konsert verməyi düşünmürsünüz ki?
- Əslində ilk dəfə Gəncədə konsert vermişdim. Çox gözəl keçmişdi. Gəncəni çox bəyəndik. Bakı kimi Gəncə də bizim şəhərlərə İzmirə çox bənzəyir. Dəvət etsələr, Şuşada da konsert proqramıyla çıxış edərdim.Bakıya tez-tez gəlməyimin səbəbi burada tamaşaçılar musiqini çox gözəl anlayır. Çox istiqanlı, mehriban insanlarınız var.
– Konsertdən sonra Bakını gəzməyə gedəcəksiniz?
-Bəli, vaxtım olsa yenə gəzəcəm.
Firuzə Mahmudova












