Qurban Qurbanov “Bu şəhərdə”nin parodiyasından danışdı

  • Müəllif: Ayshan
  • 21 Noyabr 2025 22:37

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bu şəhərdə”nin konsertində parodiya olunmasına reaksiya verib.

Gununsesi.info xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə Premyer Liqanın XII turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.

“Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”, – deyə Qurbanov bildirib.

Qeyd edək ki, “Bu şəhərdə” yumoristik təşkilatı Qurban Qurbanovu parodiya etdiyi üçün tənqid olunurdu.

Gununsesi.info