Metroda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 29 Yanvar 2026 19:53

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

*** 17:33

Saat 17:10 radələrində Bakı metrosunun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Bakı metrosunun “Qırmızı” və “Yaşıl xətlər”ində qatarların hərəkətində gecikmələr var.

Gununsesi.info