Marko Rubio İsrailə səfərini təxirə saldı

  • Müəllif: Firuzə
  • 23 Fevral 2026 19:47

ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı mümkün zərbələrin müzakirəsinin planlaşdırıldığı Təl-Əviv səfərini təxirə salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.

“Dövlət katibi Rubio hələ də İsrailə səfər etməyi planlaşdırır, lakin cədvəldə mümkün düzəlişlər olacaq”, – o deyib.

Daha əvvəl ABŞ dövlət katibinin İsrailin Baş naziri ilə şənbə günü görüşəcəyi gözlənilirdi. Lakin İsrail KİV-in məlumatına görə, onun ölkəyə səfəri martın 2-nə planlaşdırılıb./Report