Jermen Defo yenidən İngiltərə millisində

  • Müəllif: admin
  • 16 Mart 2017 19:21

80944

 

“Sanderlend”in hücumçusu Jermen Defo İngiltərə millisinə dəvət alıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı futbolçus 3 illik fasilədən sonra yenidən yığmaya çağırılıb.

İngiltərə millisində 55 oyun keçirən Defo 19 qol vurub. O, cari mövsüm İngiltərə Premyer Liqasında 27 oyuna 14 dəfə rəqib qapılarına yol tapıb.

 

Gununsesi.info