Azərbaycanın Təbrizdəki baş konsulu vəfat etdi

  • Müəllif: Firuzə
  • 23 May 2026 22:38

Azərbaycanın Təbriz şəhərindəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, – məlumatda deyilir.

Gununsesi.info