Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

  • Müəllif: admin
  • 24 Mart 2017 12:47

ogru

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Salyan və Hacıqabul Rayon Polis Şöbələrin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 nəfərə məxsus yardımçı təsərrüfatlardan müvafiq olaraq 3 baş inək, Hacıqabul rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

N. Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə C. Bağırlı, E. Kərimov və R. Qasımov tutulublar.

Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Lökbatan qəsəbəsindəki evlərdən birindən 3.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Qaibov tutulub.

Eyni zamanda Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərdən birindən qaz sobası oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hikmət Bircəliyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1200 metrlik elektrik naqili oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info