Gələn ay MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

  • Müəllif: admin
  • 25 Mart 2017 00:16

MDB Xarici İsler Nazirleri Surası

Aprelin 7-də Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Gununsesi.info AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.

İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər – Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Məlumatda deyilir ki, iclasda MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Gununsesi.info