Prokurorluğun veteranı vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 26 İyul 2026 19:30

Azərbaycan Respublikasının Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Həmid oğlu Musayev bu gün səhər saatlarında yaşadığı evdə ürəktutmasından vəfat edib.

Gununsesi.info AzTimes.az-a istinadən xəbər verir ki, Füzuli Musayev uzun illər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərib.

O, 1992-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əmək fəaliyyəti dövründə Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala və Sabirabad rayon prokurorluqlarında prokuror müavini vəzifələrində çalışıb.

Füzuli Musayev daha sonra Sabirabad və Şamaxı rayonlarının prokuroru, eləcə də prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib.

Prokurorluğun veteranı vəfat etdi

Gununsesi.info