Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı - FOTO

  • Müəllif: admin
  • 26 İyul 2026 23:05

Gununsesi.info bildirir ki, bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli yazıb.

Tikintisi başa çatmaq üzrə olan binanın fotosunu paylaşan jurnalist bunları yazıb:

Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzilli 2 yaşayış binası tikir. İnvestisiya dəyəri 13-15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən binaların 2027-ci ilin yayında və ya sonlarında tam təhvil verilməsi (tamamlanması) nəzərdə tutulub”.

Qeyd edək ki, Saleh Məmmədovun tutduğu vəzifədən azad olunmasından sonra onunla bağlı korrupsiya iddiaları ortaya çıxmışdı.

AAYDA-nin sabiq rəhbərinin hətta 1 milyardan çox yeyintiyə yol verdiyi bildirilirdi.

Məsələ ilə bağlı əməkdaşımız Saleh Məmmədovun telefonuna zəng etsə də, zəngləri cavabsız qalıb.

Afət Abbasova

Gununsesi.info