33 il sonra məcburi köçkün düşdüyü yurduna dönən Kəlbəcər rayonunun Tövlədərə kənd sakini Şölə Məmmədovanın təsirli görüntüləri yayılıb.
Gununsesi.info-nun məlumatına görə, dağılmış evindən çaydanını tapan Şölə Məmmədova göz yaşlarını saxlaya bilməyib.
Onun bu görüntülərini çəkən övladı Namiq Məmmədov isə anasına təskinlik şeiri yazıb.
“Anam 33 ildən sonra doğulub boya-başa çatdığı kəndini, evini ziyarət etdi! Yaralı Bəxtiyarın nəfəsindən, Coşqun Rəhimovun səsindən ilhamlanan, şeirə bənzər bir şey ərsəyə gəlib. Yaralı Bəxtiyarın “Ana” şeirinə nəzirə.”
Şəhid anasını düşün bir anlıq,
Dağılmış xanənə ağlama, Ana!
Kaş Vətən uğrunda mən də öləydim,
Onda ağlayaydın oğluna, Ana!
Fəryadın dağlara səs-səda salır,
Keytinin başını duman-çən alır,
Göyçəyə sis çökür, qanı qaralır,
Ələsgərin qəlbin dağlama, Ana!
Güneydən çiçək dər, Təbrizə göndər,
Dərbəndə dəstək dur, göstərsin hünər,
Köksündə qövr edir hansısa qəhər…
Danış kədərini, saxlama, Ana!
@gununsesi.info 33 il sonra məcbur köçkün düşdüyü yurduna dönən Kəlbəcər Rayonu Tövlədərə kənd sakini Şölə Məmmədovanın təsirli görüntüləri yayılıb. Gununsesi.info-nun məlumatına görə, dağılmış evindən çaydanını tapan Şölə Məmmədova göz yaşlarını saxlaya bilməyib. Onun bu görüntülərini çəkən övladı Namiq Məmmədov isə anasına təskinlik şeiri yazıb. Anam, 33 ildən sonra, doğulub boys-başa çatdığı kəndini, evini ziyarət etdi! Yaralı Bəxtiyarın nəfəsindən, Coşqun Rəhimovun səsindən ilhamlanan, şer fason bir şey ərsəyə gəlib. Yaralı Bəxtiyarın “ANA” şerinə nəzirə. Şəhid anasını düşün bir anlıq, Dağılmış xanənə ağlama, Ana! Kaş Vətən uğrunda mən də öləydim, Onda ağlayaydın oğluna, Ana! Fəryadın dağlara səs-səda salır, Keytinin başını duman-çən alır, Göyçəyə sis çökür, qanı qaralır, Ələsgərin qəlbin dağlama, Ana! Güneydən çiçək dər, Təbrizə göndər, Dərbəndə dəstək dur, göstərsin hünər, Köksündə qövr edir hansısa qəhər… Danış kədərini, saxlama, Ana! #news #xəbər #xeber












