
Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində Karate 1 Premyer Liqa turnirinin qalibi olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, İrina Zaretska Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin finalınadək son illərin üç dünya çempionuna qalib gəlib.
Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində 1 həftəlik təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir, mayın ortaları Bakıda IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.
Dubay Premyer Liqasından sonra İslam Oyunlarında iştirak edən tam heyət məlum olacaq. Bu yarışda islam ölkələrinin milli komandaları itirak etdiyindən, karateçilərimiz üçün bir növ İslam Oyunlarına sınaq və mühim yarış sayılır.
Anar
Gununsesi.info










