
Ölkə Prezidenti İlham Əliyev İ.M.Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Gununsesi.info-nun xəbərinə görə, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov “Dostluq” ordeni ilə təltif edilsin.
Gununsesi.info











