Bu gün Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuda çıxış edən Prezident İlham Əliyev ikili standartların beynəlxalq siyasətdən tamamilə çıxarılmasının vacibliyini vurğulayaraq, müstəqil ölkələrə həyat tərzi ilə bağlı dərs verilməsini yolverilməz hesab edib.
Gununesi.info xəbər verir ki, dövlət başçısı cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladadaraq, deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.
“İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?
Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.
Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.










