Azərbaycana qanunsuz keçmək istəyən 3 əfqan saxlanıldı - FOTO

  • Müəllif: Firuzə
  • 27 Oktyabr 2026 17:56

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Gununesi.info  -ya verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb - FOTO

Gununesi.info