Kəramət Böyükçöldən Zahid Xəlilə SƏRT CAVAB: “Camaat elə bilirdi, siz həyatda yoxsunuz”

  • Müəllif: Orxan
  • 27 Oktyabr 2026 17:58

Mədəniyyət Nazirliyi Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 50 müəllifin adını siyahıya salıb və insanlara internet üzərindən sevdikləri müəllifə səs vermək imkanı yaradıb.

Məqsəd ən çox oxunan müəllifi müəyyənləşdirmək idi.

Ancaq görünən odur ki, məsələlərin məcrası bir qədər dəyişib.

Müşahidələr və baş verənlər deməyə əsas verir ki, yarışda iştirak edən yazıçılar arasında qısqanclıq da var.

Belə ki, Gununsesi.info-nun xəbərinə görə, səsvermə bitdikdən sonra, Zahid Xəlil qalib Kəramət Böyükçöl haqqında deyib:

“Axı heç ədəbiyyatda Kəramət adlı adam yoxdur. Ədəbiyyatda böyük sənətkarlar var, amma onlar nəsə görünmürlər”.

Kəramət Böyükçöl isə bu sözlərə biganə qalmayaraq özünəməxsus şəkildə cavab verib.

O deyib:

Zahid müəllim, heç olmasa, mən ədəbiyyatda yoxam. Camaat elə bilirdi, siz həyatda yoxsunuz. Sağ olduğunuzu indi bildilər.

Elmar

Gununsesi.info