
Zaqatalada fərdi yaşayış evi yanıb.
Gununsesi.info Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın martın 31-i axşam saatlarında rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Azi Uveys qızı Ramazanovaya məxsus ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə baş verib.
Hadisə yerinə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info









