İlin ən yaxşı avtomobili seçildi - FOTOLAR

  • Müəllif: admin
  • 13 Aprel 2017 09:21
58ef0e805e6f7_2
Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində dünyanın ən yaxşı avtomobili elan olunub.
Gununsesi.info xarici mediaya istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində keçirilən «İlin ümumdünya avtomobili» müsabiqəsində 2017-ci ilin ən yaxşı avtomobili “Jaguar F-Pace” elan olunub.
Bu model « Audi Q5» və «Volkswagen Tiguan» avtomobillərini arxada qoyub. Həmin modellər müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.
Qeyd edək ki, ötən ilin ən yaxşı avtomobili nominasiyasında “Mazda MX-5” qalib elan olunmuşdu.
58ef0e805e48a_3 58ef0e890f07c_1
Gununsesi.info