Almaniyadan müsəlman qadınlara qadağa - BUNDESTAQ ÇADRA İLƏ BAĞLI QANUN LAYİHƏSİNİ DƏSTƏKLƏYİB

  • Müəllif: admin
  • 28 Aprel 2017 07:51

cadra

Bundestaq Almaniyada qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsini qismən qadağa qoyan qanun layihəsini dəstəkləyib. 

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, qadağa dövlət qulluqçuları, hakim və hərbçiləri əhatə edib.

“İnteqrasiya həmçinin o deməkdir ki, biz dəyərlərimizi dəqiq ifadə etməliyik və yaymalıyıq… Razılaşdırdığımız qanun layihəsi bu işə mühüm töhfə verəcək”, – deyə Almaniyanın DİN rəhbəri Tomas de Mezyera bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bundan qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.

Angela Merkel müvafiq çağırışı ilk dəfə olaraq ötən ilin dekabrında 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.

Gununsesi.info