Donald Trumpdan səmimi etiraf: - "PREZİDENTLİKDƏN ÖNCƏKİ HƏYATIM ÜÇÜN DARIXIRAM"

  • Müəllif: admin
  • 28 Aprel 2017 20:42

WASHINGTON, DC - JULY 23: Donald Trump listens at the Trump International Hotel Washington, D.C Groundbreaking Ceremony at Old Post Office on July 23, 2014 in Washington, DC. (Photo by Paul Morigi/WireImage)

ABŞ prezidenti Donald Trump prezident olmadan öncəki həyatı barədə danışarkən Ağ Evdə yeni işinin gözlədiyindən daha çətin olmasına təəccübləndiyini deyib.

Gununsesi.info xəbər verir ki, Ağ Evdə Reuters agentliyinə müsahibə verən cənab Trump keçmiş həyatını “o qədər şey baş verdiyi” üçün “sevdiyini” deyib.

“Bu, keçmiş həyatımda gördüyümdən çox işdir”, o, deyib. “Mən düşündüm ki, bundan asan olacaq”.

Cənab Trump-ın prezident olması barədə sözləri sosial şəbəkələrdə lağa qoyulub.

Artıq cənab Trump 100 gündən çoxdur ki, prezident vəzifəsini yerinə yetirir.

“Mən əvvəlki həyatım üçün darıxıram”, o deyib.

“Mən Trump-ın nələr hiss etdiyini başa düşürəm”, bir nəfər tvitləyib: “Mən də onun prezident seçilməsindən əvvəlki həyatımı sevirdim”.

Gununsesi.info