“Əl-Qaidə” liderlərindən biri öldürülüb

  • Müəllif: admin
  • 29 Aprel 2017 00:10

el qaida

ABŞ hərbçiləri Yəməndə Ərəbistan yarımadasında “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Gununsesi.info-nun sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib” – deyə Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarhar əyalətində xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 35 silahlısı məhv edilib.

Gununsesi.info