Albaniyanın yeni prezidenti bəlli olub

  • Müəllif: admin
  • 29 Aprel 2017 09:09

albaniya yeni prezident

Albaniya parlamenti spiker İlir Metunu ölkənin yeni prezidenti seçib.

Gununsesi.info xəbər verir ki, onun namizədliyinin lehinə ümumilikdə 87 parlamentari səs verib.

İlir Metunu baş nazir Edi Ramanın sədri olduğu Sosialist partiyası və özünün rəhbərlik etdiyi solçu “İnteqrasiya uğrunda hərəkat” partiyası dəstəkləyib.

Müxalifət partiyaları səsverməni boykot edib. 48 yaşlı İlir Metu 1999-2002-ci illərdə Albaniyanın baş naziri olub.

Gununsesi.info