Futbol üzrə 2030-cu il dünya çempionatı 4 ölkədə keçirilə bilər

  • Müəllif: admin
  • 15 May 2017 08:50
  • futbol-1

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya  arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya  mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”- deyə, federasiya prezidenti bildirib.

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.

Gununsesi.info