
Bakı Uşaq Teatrında yeni quruluşda hazırlanan növbəti tamaşa “Gücümüz birlikdədir” adlanır.
Teatrdan Gununsesi.info-ya bildirilib ki, tamaşa mayın 20-də təhvil veriləcək. Həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental səhnə əsərində tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü müəyyənləşdirirlər.
Tamaşa 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində bir həftə ərzində nümayiş olunacaq.
Gununsesi.info












