Baş nazir Türkiyəyə gedir

  • Müəllif: admin
  • 20 May 2017 11:16

medvedev_yildirim_new

Mayın 22-də Rusiyanın Baş naziri Dmitri Medvedyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sammitində iştirak etmək üçünTürkiyəyə səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Belə ki, sammit çərçivəsində D. Medvedyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş zamanı “Türk axını” Təbii Qaz Boru Xətti Layihəsi və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, D. Medvedyevin həmkarı Binəli Yıldırımla da görüşü planlaşdırılıb.

Anar
Gununsesi.info