Daha bir atletimiz İslamiadada qızıl medal qazandı

  • Müəllif: admin
  • 20 May 2017 11:45

islam

Bakı – 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub.

Gununsesi.info-nun məlumatına görə, təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info